1-iyun Uşaqların Beynəlxalq Müdafiə günü münasibəti ilə, “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının Hemofiliya və talasemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədi ilə qanvermə aksiyası keçirilib. Modern.az xəbər verir ki, qanvermə aksiyasında könüllü olaraq “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının işçiləri iştirak edib. “Qan ver və xilas et”şüarı altında keçirilən aksiyada qanverənlərin fəallığı müşahidə olunub. Burada insanlar qan verərək eyni zamanda, həm hemofoliyadan, həm də, talasemiyadan əziyyət çəkən uşaqlara yardım etmiş olub. Qeyd edək ki, qanvermə aksiyası “Savab dünyası” Talasemiya Asossasiyasının və “Azad Azərbaycan” Teleradio Kompaniyasının təşəbbüsü ilə keçirilib.
Modern.az