Modern.az

Fövqəladə Hallar Nazirliyi çökən piyada keçidi barədə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi çökən piyada keçidi barədə məlumat yaydı

Təhsil

2 İyun 2014, 23:20

Fövqəladə Hallar Nazirliyi Bakıda yerüstü piyada keçidinin uçması barədə məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Səbail rayonu, Bakı-Salyan yolu üzərində  quraşdırılmış yerüstü piyada keçidinin çökməsi nəticəsində “Mercedes” markalı yük avtomobili dağıntılar altında qalaraq ağır deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi deformasiyaya uğramış avtomobilin içərisindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:22-də başa çatıb.



Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu