Modern.az

Gömrük Akademiyası Azərbaycan gənclərinə müraciət edib

Gömrük Akademiyası Azərbaycan gənclərinə müraciət edib

2 İyun 2014, 23:42

Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyası abituriyentlərə müraciət edib. Modern.az-ın məlumatına görə, Akademiya rəhbərliyi abituriyentləri təhsil almağa dəvət edib.

Qeyd edilib ki, Akademiyada ilkin olaraq Hüquqşünaslıq (ixtisas kodu: 050212) vəİqtisadiyyat (ixtisas kodu: 050404) ixtisasları üzrə kadr hazırlığının aparılması nəzərdə tutulub.

”Gömrük Akademiyası ən müasir üsullardan istifadə etməklə təhsil verməyi hədəf götürüb.
Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyası artıq bu sahədə müəyyən təcrübəyə malik olan, Bakıda fəaliyyət göstərən Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzinin bazasında yaradılıb.
Akademiya peşəkar kadrların yetişdirildiyi xüsusi ali məktəb olacaq. Bakalavr səviyyəsində təhsil müddəti 4 ildir. Aka­de­mi­yanı müvəffəqiyyətlə bitirən tələbələr gömrük orqanlarında işlə tə­min olunmaqda üstünlük əldə edə biləcəklər”-deyə Akademiya rəhbərliyinin gənclərə müraciətində bildirilib.
Yaxın zamanlarda xüsusi layihə əsasında tikiləcək Akademiya kampusunda tələbələr, müəllimlər üçün ən müasir şərait təmin edi­ləcək.
 
”Sizi Azərbaycanda ən gənc ali məktəb olan - Gömrük Akademiyasında təhsil almağa dəvət edirik. Fərqli, yüksək səviyyəli, yüksək peşə kompitensiyalarının ve­rilə­cəyi təhsil ocağında təhsil almaq istəyirsinizsə, bizi seçin!”.

Xatırladaq ki, Azərbaycan  RPrezidenti İlham Əliyevin 24 yanvar 2012-ci il tarixli, 1974 nömrəli sərəncamı ilə təsis edilmiş Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyasına cari tədris ilindən bakalavr səviyyəsində tələbə qəbulu planlaş­dırılıb. Gömrük Akademiyası gömrük sistemini peşəkar, yüksək səviyyəli kadrlarla təmin etmək məqsədilə yaradılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU