Modern.az

Cəbhədə gərginlik davam edir - atəşkəs 52 dəfə pozulub

Cəbhədə gərginlik davam edir - atəşkəs 52 dəfə pozulub

Təhsil

3 İyun 2014, 09:52


Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində son sutka ərzində atəşkəs rejimi ümumilikdə 52 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu