Modern.az

Moskva Universitetlərində “Qarabağ guşəsi” - FOTOLAR

Moskva Universitetlərində  “Qarabağ guşəsi” - FOTOLAR

Təhsil

3 İyun 2014, 10:08


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Milli Jurnalistika Konqresi” Rusiya universitetlərində “Qarabağ guşəsi” yaratmaq layihəsini reallaşdırıb. Layihənin koordinatoru tarixçi-alim Nəsiman Yaqublu Modern.az-a bununla bağlı öz fikirlərini bildirib:

“Qeyd edim ki bundan əvvəl biz  Polşa universitetlərində belə bir layihəni reallaşdırmışıq. Bu dəfə isə Rusiyanın paytaxtı Moskva şəhərindəki universitetlərdə ciddi işlər gördük. İlk öncə Lomonosov adına Moskva Dövlət Universitetində bu istiqamətdə çalışdıq. Bu universitetin kitabxanasına 30-dan cox Azərbaycan tarixi və Qarabağla əlaqədar olan elektron və çap kitabları verib onların  kataloqlara salınmasına nail olduq.Sonra Rusiya Xalqlar Dostluğu  Universitetinin və Rusiya Federasiyasının Prezigenti yanında Xalq Təsərrüfatı və  Dövlət İdarəçilik Akademiyası kitabxanalarının da kataloqlarına həmin kitabları yerləşdirdik. Digər işimiz disklərə qablaşdırılan elektron kitabları həmin universitetlərin  alimlərinə və tələbələrinə paylamaq oldu. Eyni zamanda  Rusiya Dövlət kitabxanasına da həmin kitabları verdik”.

Bundan əlavə Rusiyada fəaliyyət göstərən “Azərbaycan” diaspor təşkilatına,”Azərbaycan diasporu” qəzetinə və “Azərros” diaspor təşkilatına da Qarabağla əlaqədar kitablar, sənədlər təqdim etdik.”Bu çox vacib və əhəmiyyətli işlər idi. Məlum olrdu ki bəzi Universitet kitabxanalarında bu mövzuda Azərbaycan mövqeyindən yazılmış kitablar, vəsaitlər azdır, yaxud yox dərəcəsindədir. Nəticədə  alimlər və tələbələr ermənilərin mövqeyindən yazılmış kitablardan istifadə etmək məcburiyyətində qalır. Biz mövcud layihə çərçivəsində bu problemi qismən həll etməyə çalışdıq.Lakin bu iş davamlı xarakterdə olmalıdır.Unutmamalıyıq ki, ermənilər də bu sahədə sistemli şəkildə çalışır,  Rusiya universitetlərinə və kitabxanalarına çoxlu sayda vəsaitlər yerləşdirir” deyə N. Yaqublu bildirib.

 

 

  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu