Modern.az

İqtisad Universitetində Xeyriyyə Cəmiyyəti yaradılıb

İqtisad Universitetində Xeyriyyə Cəmiyyəti yaradılıb

Təhsil

3 İyun 2014, 10:12


Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadçı Tələbə Xeyriyyə Cəmiyyəti”nin təsis edilməsi barədə qərar qəbul edilib. Bu barədə Modern.az-a universitetin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xeyriyyə Cəmiyyətininin yaradılmasında məqsəd universitet daxilində imkansız tələbələrə köməkliyin göstərilməsi, həmçinin qocalar evi və kimsəsiz uşaqlar evinə, xəstə və yardıma ehtiyacı olanlara könüllü yardımların göstərilməsidir.  Cəmiyyətə üzvlük könüllü xarakter daşıyır və maliyyə məsələlərində tam müstəqildir. Nizamnamə sənədinə əsasən büdcənin formalaşması üzvlərdən toplanan maliyyə vəsaitləri, sponsorlar, könüllü ianələr hesabına həyata keçiriləcək. Təsdiq edilmiş cəmiyyətin büdcə layihəsinin qəbulu qurumun İdarə Heyətinə, təsdiq olunması isə cəmiyyətin sədrinə həvalə edilib.   Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu