Modern.az

“Qazprom” Ukrayna ilə razılaşdı –AÇIQLAMA

“Qazprom” Ukrayna ilə razılaşdı –AÇIQLAMA

Təhsil

3 İyun 2014, 10:21


"Qazprom" və "Naftoqaz-Ukrayna" Rusiya  qazının Ukraynaya  çatdırılması barəsində müvəqqəti razılaşmaya nail olublar. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Avropa Komissiyasının energetika üzrə komissarı Hünter Ettinqer bildirib. Onun sözlərinə görə danışıqların son mərhələsi yaxın həftələrdə baş tutacaq.  

Avropa Komissiyasının rəsmisi qeyd edib ki,  hər iki şirkətin rəhbərinin həcmli saziş üçün ümumi təklifləri var.    

Komissar qazın 1000 kub metri üçün qiymətlərin 268-485 dollar arasında dəyişəcəyini qeyd edib.  

Ayşən Mönsümlü

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu