Modern.az

Putin Sarkozi ilə görüşdü: Avropaya MESAJ verdi

Putin Sarkozi ilə görüşdü: Avropaya MESAJ verdi

Təhsil

3 İyun 2014, 10:57


İyunun 2-də Rusiya prezidenti Vladimir Putin Fransanın sabiq prezidenti Nikola Sarkozi ilə görüşüb. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, görüş Soçidə qeyri-rəsmi şəraitdə baş tutub. Vladimir Putin Sarkozi ilə Avropa Birliyinin Rusiyaya qarşı münasibətini və hazırki prezident Fransua Ollandla iyunun 5-də Parisdə baş tutacaq görüşü barədə fikir mübadiləsi aparıb.

Hələ bir neçə gün Rusiyada qalacaq Sarkozi iyunun 4-də Sankt-Peterburqda öz xanımı, Fransanın keçmiş birinci ledisi Karla Bruni-Sarkozinin solo konsertinə də qatılacaq. Rusiya analitik mərkəzlərinin fikrincə isə Fransanın keçmiş  prezidentinin Rusiyaya səfəri Qərbi Avropa ölkələrinə Rusiyanın siqnalıdır. Bundan öncə, 2008-ci ildə Nikola Sarkozi 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı əsas sülhyaradıcı sima kimi münaqişənin dayandırılmasında iştirak etmişdi.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu