Modern.az

"Uşaqlar bizim gələcəyimizdir" - festival - FOTO

"Uşaqlar bizim gələcəyimizdir" - festival - FOTO

Təhsil

3 İyun 2014, 10:35

Gənclər üçün Təhsil Mərkəzi - Gəncə Regional ofisi 1 iyun Uşaqların Müdafiə Günü münasibətilə Xan bağında "Sən ey uşaqlıq" uşaq yaradıcılıq festivalı təşkil edib. Modern.az xəbər verir ki,  tədbrin açılışında Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Əsgər Babazadə çıxış edərək uşaqların bayramını təbrik edib və dövlətimizin hər zaman uşaqların qayğısına qaldığını, uşaq hüquqları haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Mərkəzin Gəncə regional ofisinin rəhbəri Aygün Həsənzadə  tədbirin mahiyyəti haqqında qonaqlara  məlumatverib: “Ulu Öndər Heydər Əliyev "Uşaqlar bizim gələcəyimizdir" deyirdi, onu da qeyd edirdi ki, əgər bir dövlət öz gələcəyini işıqlı, parlaq görmək istəyirsə gərək uşaqlara xüsusi diqqət yetirsin məhz  bizdə  Mərkəz olaraq bu siyasətə sadiqik və gələcəkdə uşaqların  müdafiəsi, hüquqlarının təbliği  ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirəcəyik.

Festivalda uşaq flashmobu, əyləncəli rəqslər, uşaqların ifalarından ibarət gözəl müsiqi kompozisiyaları  nümayiş etdirilib.   Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu