Modern.az

Obamanın “Normandiya-Neman” turnesi BAŞLAYIB

Obamanın “Normandiya-Neman” turnesi BAŞLAYIB

Təhsil

3 İyun 2014, 11:53


Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama 4 günlük Avropa turnesinə başlayıb. Modern.az xəbər verir ki, səfər çərçivəsində Amerikalı prezident Polşa, Belçika və Fransaya rəsmi səfər edəcək.

Əsas məqsəd Ukraynadakı siyasi böhranı müzakirə etmək, Rusiyaya qarşı sanksiyalar məsələsində ABŞ və Avropa Birliyi arasında vahid mövqeyin formaşaldırılmasıdır.

Səfirin ilk dayanacağı olan Polşada Obama yerli rəhbərliklə, o cümlədən prezident Bronislav Komarovski ilə görüşlər keçirəcək. Obama iyunun 4-də Varşavada yeni seçilmiş Ukrayna prezidenti Pyotr Poroşenko ilə də təkbətək görüş keçirəcək.

Belçikada Obama “Böyük Yeddilik” ölkələri ilə danışıqlar aparacaq. Bundan başqa, Belçika paytaxtı Brüsseldə Avropanın Rusiyadan olan enerji asılılığının azaldılması və bu ölkəyə qüarşı sanksiyaların yeni paketinin müzakirə olunması gözlənilir. Nəhayət, səfərin sonuncu dayanacağı Fransada Amerika prezidenti İkinci Dünya Müharibəsinin ikinci cəhhəsinin – Normandiya sahillərindəki desant çıxarma əməliyyatının 70 illiyi ilə bağlı təntənəli mərasimlərə qatılacaq. Vladimir Putinin də iştirakı gözlənilən tədbər çərçivəsində iki prezidentin görüşü nəzərə tutulmayıb.   

Vüqar İsmayılov 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu