Modern.az

Deputat Əliağa Hüseynov: “Ayıbdı vallah, məni rahat buraxsınlar!”

Deputat Əliağa Hüseynov: “Ayıbdı vallah, məni rahat buraxsınlar!”

3 İyun 2014, 12:57

“Neçə gündür ki, bütün saytlar, qəzetlər  mənim haqqımda yalan informasiya yazırlar. Əvvəl başladılar ki, guya, mən xəstəyəm. Dəfələrlə demişəm ki, mən xəstə deyiləm. Mənim barəmdə yalan yazmaqda davam etdilər. Ayıbdı vallah, belə olmaz”. Bunu Modern.az saytına açıqlamsında deputat, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov deyib.

Daha sonra o, haqqında səslənən qarğış məsələsinə də aydınlıq gətirib. “Mən heç kimə qarğış etməmişəm. Mənə zəng vurublar, demişəm xəstə deyiləm, sağ-salamatam. Jurnalistlərə cavab vermək qarğış etməkdir bəyəm? Jurnalistlər  bütün sözlərimi təhrif ediblər. Əgər mən kiməsə qarğış etmişəmsə, balasının başına gəlsin. Heç bir mətbuat nümayəndəsi məni narahat etməsin. Məni rahat buraxın!”.

Qeyd edək ki, Əliağa Hüseynov bir neçə gün öncə AzNews.az-a açıqlamasında deyib ki, səhhətində yaranmış problemlərə görə müayinə olunmaq üçün Türkiyəyə gedib və 20 gün qardaş ölkədə qalacaq. Dünən isə general teleqraf.com-a açıqlamasında bildirib ki, səhhəti ilə bağlı yazılanlar uydurmadır. O, haqqında yalan yazanlara qarğış edib.

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama