Modern.az

Ağır Cinayətlər Məhkəməsinin üzvlərinin sayı 6-dan 12-yə qaldırılır

Ağır Cinayətlər Məhkəməsinin üzvlərinin sayı 6-dan 12-yə qaldırılır

Təhsil

3 İyun 2014, 13:02


Ağır Cinayətlər Məhkəməsinin üzvlərinin sayı 6-dan 12-yə qaldırılır. Bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər edilir. Modern.az xəbər verir ki, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Baş Prokurorluq və Ali Məhkəmə tərəfindən təqdim olunan “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələrini müzakirə edib. Sözügedən qanuna edilən dəyişikliklərə görə, ağır cinayətlər məhkəməsi sədrdən və hakimlərdən ibarət olacaq.

Tərkibində 12 və daha çox hakim olan ağır cinayətlər məhkəməsində sədr müavini təsis olunacaq. Birinci instansiya məhkəmələrinin maliyyə təminatı üçün nəzərdə tutulan xərclər barədə təkliflər müvafiq icra hakimiyyəti orqanına təqdim edilməzdən əvvəl Məhkəmə-Hüquq Şurasının rəyi alınacaq. Qanunda həmçinin hakimlərin işdən azad olunması ilə bağlı müddəalara da dəyişikliklər edilib. Belə ki, hakim vəzifəsindən öz arzusu ilə azad olunaraq, bu qanunun 93-3-cü maddəsinin yeddinci hissəsində nəzərdə tutulan orqanlarda işləyən şəxs həmin maddədə nəzərdə tutulmuş prosedurlardan kənar, Məhkəmə-Hüquq Şurasında müsahibədən keçirilməklə qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən hakim vəzifəsinə təyin edilə bilər. Hakimin fəaliyyətinə kənar müdaxilə olduqda o, bu barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməlidir. Hakimin fəaliyyəti dövründə onun əmək haqqının məbləği aşağı salına bilməz. Bundan başqa qanuna görə, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının rəyi ilə müəyyən ediləcək. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə hakimə müvafiq dərəcədən əlillik qrupu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab ediləcək. Müzakirələrdən sonra qanun layihəsi Parlamentin plenar iclasına tövsiyyə olunub.   Gültəkin ƏLƏSGƏR 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu