Modern.az

Sabah Bakıda hava dəyişəcək

Sabah Bakıda hava dəyişəcək

Təhsil

3 İyun 2014, 13:16

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 04-dəhava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturunun gecə 16-20, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.   Azərbaycanın rayonlarında iyunun 04-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu