İran İslam Respublikası Arazın qollarından biri olan Tqmur çayı hövzəsində yerləşən 3 orta əsr erməni kilsəsini təmir edəcək. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bununla bağlı Erməni Apostol Kilsəsinin Atrpatakan yeparxiyasının yepiskopu Qriqor Çiftçyan “Araz” sərbəst ticarət zonasının Din, Mədəniyyət və Abidələrin mühafizəsi İdarəsinin rəsmilərinə müraciət edib.
İranda mövcud olan 7 iqtisadi zonada hökumət turizmi və iqtisadiyyatı inkişaf etdirmək niyyətindədir.
Erməni kilsəsinin nümayəndələri bildirblər ki, “Araz” iqtisadi zonasında kilsəyə məxsus çoxlu sayda torpaq sahələri və abidələr var. Bu ərazidə 3 erməni kiləsinin Müqəddəs Qriqor, Müqəddəs Sarkis və Müqəddəs Qevorq kilsələri ilk növbədə təmir olunacaq. Dağılmaqda olan kilsələrin təmirinə İran tərəfi Ermənistanı da cəlb etmək niyyətindədir.
Həmçinin qərara alınıb ki, “Araz” iqtisadi zonasındakı turistik marşrutlardan biri kilsələrin ərazisindən keçsin.
Vüqar İsmayılov