Modern.az

Vəkil: “Rauf Mirqədirov bu yaxınlarda ifadə verəcək”

Vəkil: “Rauf Mirqədirov bu yaxınlarda ifadə verəcək”

Təhsil

3 İyun 2014, 16:54

“Rauf Mirqədirovla dünən görüşdüm. Hər şey normaldır”. Bunu Modern.az-a açıqlamasında jurnalistin vəkili Fuad Ağayev bildirib. “Hər dəfə görüşdə istintaqın gedişi ilə bağlı söhbət edirik. Müstəntiqlər bizə hesabat vermir ki, biz də bütün açıqlamaları mətbuata verək. Rauf Mirqədirovun azadlığa çıxması ilə bağlı məlumat olan kimi özüm açıqlama verəcəyəm. Yalnız onu deyə bilərəm ki, bu yaxınlarda Rauf Mirqədirov ifadə verəcək”.

Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist dövlətə xəyanətdə ittiham olunaraq həbs olunub. Həbs olunduğu gündən o, ifadə verməkdən imtina edib.

Gülşən RAUFQIZI  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu