Modern.az

Bəşər Əsəd xanımı ilə birlikdə səs verdi – FOTOLAR

Bəşər Əsəd xanımı ilə birlikdə səs verdi – FOTOLAR

Təhsil

3 İyun 2014, 17:09


Bu gün vətəndaş müharibəsinin davam etdiyi Suriyada prezident seçkisi keçirilir. Modern.az xəbər verir ki, prezident postu uğrunda 3 nəfər – hazırkı prezident Bəşər Əsəd, “Dəyişiklik və Azalıq uğrunda Xalq Hərəkatı” Blokundan deputat Mahir Əbdül Hafiz Həcər və “İslahatlar naminə milli təşəbbüs” Hərəkatını təmsil edən Həsən Əbdül İllahi-ən Nuri iştirak edir.

Qələbəyə əsas namizəd Bəşər Əsəd bu gün Dəməşqin mərkəzində yerləşən əl-Maliki rayonundakı seçki məntəqələrindən birini ziyarət edib. Seçki məntəqəsində onu xanımı yoldaşı Əsma Əsəd müşayiət edib. Qərb dövlətləri seçkinin legitimliyini öncədən tanımadıqları üçün seçkilərə müşahidəçi göndərməyiblər. Rusiyadan geniş tərkibli müşahidəçi qrupunu isə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü İqor Morozov təmsil edib. Əgər ilk turda namizədlərin biri 50% + 1 səs toplaya bilməsə ən çox əsəs toplayan iki namizəd 2-ci tura qalacaqlar.

Xatırladaq ki, 1971-ci ildə baş verən dövlət çevrilişindən sonra Əsəd ailəsi 40 ildən artıqdır ki, ölkədə hakimiyyəti əllərində saxlayırlar.


 

  Vüqar İsmayılov  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu