Modern.az

“Azərpoçt”: “Elektron rabitəyə baxmayaraq, ildə 800 min məktub göndərilir”

“Azərpoçt”: “Elektron rabitəyə baxmayaraq, ildə 800 min məktub göndərilir”

Təhsil

3 İyun 2014, 17:27

“Əvvəlki illərlə müqayisədə məktublara maraq azalıb. Elektron informasiyanın inkişaf etdiyi bir dövrdə  bu təbiidir. Məktublara marağın azalması daha çox mobil telefonların istifadə edilməsindən sonra baş verdi”. Bunu Modern.az-a açıqlamasında “Azərpoçt Mətbuat Yayımı” MMC-nın rəisi Elxan Ağabəyli bildirib.

“Ay ərzində 800 minə qədər məktublarımız olur ki, bunların da təxminən 400 minə qədəri sadə məktublardır. Bu rəqəmlər həm ölkə daxili, həm də xaricdən gələn məktublara şamil edilir. Bununla yanaşı, ay ərzində 50-60 min kiçik paket də olur. Ümumiyyətlə, poçt göndərişlərində 50% artım var. Burada söhbət yalnız məktubdan getmir. Bura məktublar, bağlamalar, bandrollar, açıqçalar və s. daxildir”.

Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu