Modern.az

Akademiya vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

Akademiya vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

Təhsil

3 İyun 2014, 17:44

Azərbaycan Milli Elmlər Akademiyası  Fəlsəfə və Hüquq İnstitutu ştatda vakant olan vəzifələri tutmaq üçün müsabiqə elan edir. Vakant yerlər “İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi”, “Fəlsəfə və ictimai fikir tarixi”, “Sosial fəlsəfə”, “Müasir fəlsəfə problemləri”, “Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri”, “Etika”, “Estetika”, “Sosiologiya və sosial psixologiya”, “Siyasi nəzəriyyələr”, “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq”, “Dövlət və konstitusiya hüququ”, “Cinayət hüququ və cinayət prosesi”, “Mülki hüquq və mülki proses” şöbələri üzrə şöbə müdiri vəzifəsinə 1 yerdir.

Modern. az xəbər verir ki, müsabiqədə elmlər namizədi və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.   Elmin Nuri  
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu