Modern.az

Prezident tanınmış aktrisaya “Şöhrət” ordeni verdi

Prezident tanınmış aktrisaya “Şöhrət” ordeni verdi

Təhsil

3 İyun 2014, 20:15


Prezident İlham Əliyev tanınmış aktrisa Şükufə Yusupovanın təltifi barədə sərəncam imzalayıb. Sərəncama görə,  Azərbaycan Respublikasında teatr və kino sənətinin inkişafındakı xidmətlərinə görə Şükufə Mühəddin qızı Yusupova “Şöhrət” ordeni verilib.

Modern.az-ın məlumatına görə, Şükufə Yusupova bir neçə gün öncə 60 yaşını qeyd edib. Aktrisa 1954-cü il may ayının 30-da Bakıda doğulub. Görkəmli rejissor Mehdi Məmmədovun rəhbərlik etdiyi kursda oxuyan tələbə-aktrisa sənət müəlliminin 1974-cü ildə Akademik Milli Dram Teatrında hazırladığı Səməd Vurğunun "İnsan" dramının tamaşasında Tatyana rolunu ifa edib. Gənc aktrisa həmin ərəfədə "Azərbaycanfilm" kinostudiyasında "Tütək səsi" və "Xoşbəxtlik qayğıları" filimlərinə çəkildiyinə görə təyinatdan azad edilib. Akademik teatrın baş rejissoru Tofiq Kazımov "Qılınc və qələm" (Məmməd Səid Ordubadi) tamaşasını hazırlayanda Şükufə Yusupovanı Rəna roluna dəvət edib. Aktrisa 1976-cı ildə Akademik Milli Dram Teatrına aktyor truppasına işə götürülüb.

Şükufə Yusupova Akademik Milli Dram Teatrında çoxlu yaddaqalan roller oynayıb.

Akademik teatrın aktrisaları arasında kinoya ən çox çəkilən sənətkarlardan biri də Şükufə Yusupovadır. O, 1974-cü ildən başlayaraq "Dörd bazar günü" (Ustanın qızı), "Ad günü" (Rəna), "1002 gecə" (Şəhrizad), "Musiqi ilə xaş" (Qadın), "Asif, Vasif, Ağasif" (ana), "Nar ağacı haqqında xatirələr" (Mədinə), "Gümüşgöl əfsanəsi" (Səidə), "Ümid" (ana) və s. filmlərinə çəkilib.

Şükufə Yusupova 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2005-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə Prezident Mükafatına layiq görülüb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu