Modern.az

Hafiz Məmmədov İngiltərədə futbol klubu alır

Hafiz Məmmədov İngiltərədə futbol klubu alır

Təhsil

3 İyun 2014, 20:49

Azərbaycanlı iş adamı Hafiz Məmmədov İngiltərənin «Sheffield Wednesday» futbol klubunu almaq üzrədir.
 
”Azadlıq” radisonunun xəbərinə görə, bu barədə məlumat verən «Yorkshire Post» saytı yazır ki, Hafiz Məmmədov «Baklan» Qrupunun yaradıcısı və sədridir. O, «Bakı» və Fransanın birinci liqasında oynayan «Lans» futbol klublarının sahibidir.
 
Sayt yazır ki, Hafiz Məmmədovun «Sheffield Wednesday» klubunun sahibi Milan Mandariçlə görüşüb müzakirə apardığı barədə məlumatlar var.
 
«Yorkshire Post» Mandariçlə əlaqə saxlayıb, ancaq o, bu məlumatları nə təkzib, nə də təsdiq edir.
 
Milan Mandariç Xorvatiyada anadan olmuş serb iş adamıdır.
 
«Sheffield Wednesday» klubunu 2010-cu ilin dekabrında almış 75 yaşlı Milan Mandariç keçən ilin avqustunda klubu satmağa hazır olduğunu bildirib. O deyirdi ki, ailəsi ilə birlikdə olmaq və diqqətini öz biznesində cəmləmək istəyir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu