Səudiyyə Ərəbistanında 2 il ərzində kəskin nəfəs çatışmazlığı sindromunun qeyri-adi bir növü olan “corona virusu MERS- CoV” xəstəliyindən 282 insan ölüb.
Qeyd edək ki, “corona” virusu, ilk olaraq 2012-ci il sentyabr ayında aşkar olunub. Səudiyyə Ərəbistanı başda olmaqla, Yaxın Şərq ölkələrinin də qorxusuna çevrilən sözügedən virus ağ ciyərləri və böyrəkləri sıradan çıxarır. Müalicəsi çətin və uzunmüddətli olan xəstəlik , yaxın təmas zamanı keçə bilir.
Ayşən Mönsümlü