Modern.az

Nazirlik qanunsuzluq halları aşkar edib

Nazirlik qanunsuzluq halları aşkar edib

4 İyun 2014, 10:44


 “İş yerlərində əmək qanunvericiliyinin pozulması ilə bağlı 1857 fakt aşkarlanıb”

Cari ilin may ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 1 857 fakt aşkar edilib. Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, aşkar olunmuş hüquq pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyatı işəgötürənlərə müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. Tətbiq olunmuş cərimələr üzrə son bir ay ərzində dövlət büdcəsinə ödənilən məbləğ müqayisə olunan dövrə nisbətən 95 dəfədən də çox artaraq 148 124 manat təşkil edib. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi əmək qanunvericiliyinə əməl olunması, o cümlədən işçi vətəndaşların əməyinin mühafizəsi ilə bağlı işəgötürənlərdə məsuliyyət hissinin artırılmasına xidmət edir.   Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu