Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün iyunun birində keçirdiyi sonuncu sınaq imtahanının nəticələrini elan edib.
Abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında (//eservices.tqdk.gov.az/netsinaq/ ) və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.
İmtahan respublikanın 28 şəhər və rayonunda – Bakı, Naxçıvan, Gəncə, Daşkəsən, Ağstafa, Tovuz, Sumqayıt, Qobustan, Mingəçevir, Yevlax, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Füzuli, Beyləqan, Şirvan, Salyan, Lənkəran, Yardımlı, Cəlilabad, Quba, Xaçmaz və Siyəzəndə keçirilib.
Misranə Həsənzadə