ABŞ Helsinki Komissiyası (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası) Azərbaycan üzrə dinləmə keçirəcək. Dinləmə iyunun 11-nə təyin olunub.
Modern.az“Azadlıq” radiosuna istinadən xəbər verir ki, Helsinki Komissiyası ABŞ-Azərbaycan münasibətlərinin təhlükəsizlik, iqtisadi və insan haqları tərəflərinin müzakirə olunacağı tədbir haqda belə açıqlama yayıb: “Azərbaycan ABŞ-ın tərəfdaşıdır, Avropanın enerji təchizatçısıdır, Əfqanıstanda beynəlxalq qüvvələrə yardım edir. Bunlarla yanaşı, Azərbaycan Avropanın iki aparıcı insan haqları qurumunun üzvü olmasına baxmayaraq mütəmadi olaraq qeyri-demokratik seçkiyə, siyasi rəqibləri ədliyyə sisteminin köməyi ilə cəzalandırmağa görə tənqid olunur”.
Dinləmədə Dövlət Departamentindən Tomas Melia, Erik Rubin, Milli Demokratiya Fondundan Miriam Lanskoy, Corctaun Universitetindən Brenda Şaffer iştirak edəcək. Helsinki Komissiyasına ABŞ Senatının 9 üzvü, Nümayəndələr Palatasının 9 üzvü, Dövlət, Müdafiə və Ticarət departamentlərinin hər birindən isə 1 üzv daxildir. Quruma senator Ben Kardin rəhbərlik edir
Modern.az