Modern.az

Azərbaycanda iki abituriyent 700 bal topladı

Azərbaycanda iki abituriyent 700 bal topladı

4 İyun 2014, 12:35

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 1-də cari il üzrə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş sonuncu sınaq imtahanının nəticələrini iyunun 4-də elan edib.

TQDK-dan Modern.az saytına verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 48387 abituriyentdən 4363 nəfəri imtahanda iştirak etməyib. İmtahan qaydalarını pozduğu üçün 10 abituriyent imtahandan xaric edilib və nəticələri ləğv edilib.

TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 44014 abituriyentin imtahan nəticələri yerləşdirilib. 2 abituriyent təqdim olunan bütün suallara düzgün cavab verərək maksimum nəticə -700 bal toplayıb. Onlardan biri II, digəri isə IV ixtisas qrupu üzrə qeyd olunan nəticəni göstərib.


Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu