Modern.az

Qafqaz Müsəlmanları İdarəsi zəvvarlara “Korona” virusu xəbərdarlığı etməyib

Qafqaz Müsəlmanları İdarəsi zəvvarlara “Korona” virusu xəbərdarlığı etməyib

4 İyun 2014, 12:41

Səudiyyə Ərəbistanında “Korona” virusundan ölənlərin sayının artması Həcc ziyarəti yaxınlaşdıqca narahatlıqları artırır. Xatırladaq ki, bu il Azərbaycandan 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, zəvvarlarımızın narahatçılığına qəti əsas yoxdur:

“Çünki Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin tələblərində “Korono” virusu ilə bağlı xəbərdarlıq qeydi yoxdur. Artıq zəvvarların pasportlarına qeydiyyat vərəqəsi də yapışdırılıb. Həcc ziyarəti sentyabr ayında baş tutacaq. O vaxta kimi əlavə məlumat olarsa, bu, gələcək hacılara öncədən bildiriləcək”.

Qeyd edək ki, “Korona” virusu ilk dəfə 2012-ci il sentyabr ayında aşkar olunub. Səudiyyə Ərəbistanı başda olmaqla, Yaxın Şərq ölkələrinin də qorxusuna çevrilən sözügedən virus ağciyərləri və böyrəkləri sıradan çıxarır. Müalicəsi çətin və uzunmüddətli olan xəstəlik yaxın təmas zamanı keçə bilir. 

Ayşən Mönsümlü

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu