Modern.az

Vüsalə Hüseynli gənclər təşkilatının sədrliyindən getdi

Vüsalə Hüseynli gənclər təşkilatının sədrliyindən getdi

4 İyun 2014, 12:44

Ölkənin gənc fəallardan biri olan “Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin sədri Vüsalə Hüseynli bu gündən etibarən sözügedən qurumun sədri kimi fəaliyyət göstərməyəcək. Xanim Hüseynlinin öz fəaliyyətini bundan sonra harada davam etdirəcəyinə gəlincə İctimai Birlikdən Modern.az-a verilən məlumata görə,  bu barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək:  “Yalnız onu deyə bilərik ki, Vüsalə xanim bundan sonra da Azərbaycanın tanınması, təbliği ilə məşğul olacaq. Ancaq bu dəfə yalnız gənclər deyil, daha böyük maştabda işlər gedəcək“.

Qurumun yeni sədrinə gəlincə, birlikdən xəbər veriblər ki, köhnə sədr iyul ayının sonuna qədər rəhbərlik etdiyi layihələrin tamamlanması müddətinə  kimi həmin proyeklərlə məşğul olacaq. Təşkilata yeni sədr seçkiləri isə iyul ayının ikinci on günlüyündə keçiriləcək. Bu müddətə kimi təşkilata rəhbərliyi DİGİB-in icra katibi həyata keçirəcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu