“Lütfi Zadə ilə Bakı vaxtı ilə dünən gecə 12-də danışdım. Ailəsi ilə də danışdım, özü ilə də. Əhvalı çox yaxşıdır. Zadə bu gün də iş başındadır.”. Bunu Modern. az-a professor, Lütfi Zadə irsinin varisi Rafiq Əliyev bildirib.
Qeyd edək ki, mətbuat bir müddət əvvəl 92 yaşlı Lütfi Zadənin səhhətindəki problemlərdən bəhs edirdi. Sonradan səhhətinin yaxşılaşması və uğurlu əməliyyatdan sonra dünya elmində inqilab edən bu şəxs haqqında o qədər də informasiya verilmirdi.
Professor Rafiq Əliyev isə həmkarı barəsində çox nikbin danışaraq onun bu gün də elmi fəaliyyətdə olduğunu bildirib.
Elmin Nuri