Modern.az

Sabah ölkə ərazisində yağıntılı hava olacaq

Sabah ölkə ərazisində yağıntılı hava olacaq

4 İyun 2014, 13:50

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, iyunun 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında iyunun 5-də havanın temperaturu gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında iyunun 5-də havanın temperaturu gecə 15-20, gündüz 18-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

   

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu