Modern.az

İqbal Ağazadə bütün müavinlərini vəzifədən çıxartdı

İqbal Ağazadə bütün müavinlərini vəzifədən çıxartdı

4 İyun 2014, 14:09


Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə iyunun 4-də yeni sərəncam imzalayıb.  Partiyanın mətbuat xidmətindən Modern.az-a bildirlib ki, sərəncama əsasən, Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli, sədrin siyasi məsələlər üzrə müavini Qasım Həsənov, təşkilati məsələlər üzrə müavini  Rəfail Tağızadə, iqtisadi məsələlər üzrə müavini Razi Abasbəyli, xaricdə yaşayan həmvətənlər və diasporla iş üzrə  müavini Rüfət Muradlı, humanitar  məsələlər üzrə müavini Səməd Hətəmov və  sədrin ailə, qadın və uşaq məsələləri üzrə müavini Könül Quliyeva tutduqları vəzifədən azad ediliblər.

Yaxın zamanlarda  yeni sədr müavinləri təyin olunacaq və ictimaiyyətə  açıqlama veriləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu