Modern.az

Vilnüs Universitetində Qarabağla bağlı müzakirələr aparılıb

Vilnüs Universitetində Qarabağla bağlı müzakirələr aparılıb

4 İyun 2014, 14:58

Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant proqramına uyğun olaraq maliyələşdirdiyi Litvanın “Geosiyasi Araşdırmalar Mərkəzi”nin layihəsi çərçivəsində iyunun 3-də Şimali Avropanın ən qədim ali məktəbi olan Vilnüs Universtetində “Dağlıq Qarabağ probleminə geosiyasi perespektivlər prizmasından baxış” mövzusunda konfrans keçirilib.

Şuranın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, konfransda Litvanın Mikolas Romeris, Vitaltas Maqnus, Vilnüs Universtetlərinin professorları, “Baltik” Xəbər Agentliyinin və “Geopolitika.lt” portalının nümayəndələri, beynəlxalq hüquq üzrə tanınmış ekspertlər iştirak edib. Toplantıda çıxış edənlər Litva ictimaiyyətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və Xocalı soyqırımına münasibətin beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə dəyişməsi tendensiyasını müşahidə etdiklərini qeyd ediblər. Konfrans iştirakçıları son illərdə iki ölkənin vətəndaş cəmiyyətləri arasında əlaqələrin inkişafı nəticəsində Litva ictimaiyyətinin artıq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti yeritməsi və Xocalı soyqırımı haqqında məlumatının artdığını qeyd ediblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin meydana çıxma səbəblərinə tarixi ekskursiya edən məruzəçilər münaqişənin sülh yolu ilə və beynəlxalq hüququn tələblərinə uyğun olaraq həll edilməsinin vacibliyini vurğulayaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər. Konfransda “Konfliktin həllinə mane olan səbəblər”, “Xocalı soyqırımının dünyada baş verən kütləvi qətliamlarla müqayisəsi”, “Ərazi bütövlüyünün mərkəzi hakimiyyətin razılığı olmadan keçirilən lokal referendumlarla pozulmasının yolverilməzliyi”, “Etnik prinsiplər əsasında ölkələrin parçalanması: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi timsalında”, “Kənardan Qarabağ probleminə baxış” və digər mövzularda məruzələr dinlənilib.     Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu