Modern.az

Rektor tələbələrin suallarını cavablandıracaq

Rektor tələbələrin suallarını cavablandıracaq

4 İyun 2014, 15:19


Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov imtahan sessiyaları dövründə Facebook sosial şəbəkəsində sualları cavablandıracaq. Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, rektor iyun ayının 5-dən 10-dək ADİU-nun “Facebook”dakı rəsmi səhifəsində (//www.facebook.com/pages/Azerbaijan-State-University-of Economics/193912420645187) tələbələri, valideynləri və digər şəxsləri maraqlandıran, narahat edən suallara cavab verəcək.

Suallar gün ərzində şərhlər vasitəsi ilə cavablandırılacaq. İstifadəçilərdən ADİU-nun səlahiyyətlərinə daxil olan suallarla müraciət etmələri xahiş olunur.   Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu