Modern.az

Obama Poroşenko ilə görüşdən razı qaldı -TƏFƏRRÜAT

Obama Poroşenko ilə görüşdən razı qaldı -TƏFƏRRÜAT

4 İyun 2014, 15:47

ABŞ prezidenti Barak Obama Varşavada Ukraynadan olan həmkarı Pyotr Poroşenko ilə görüşüb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə Ukrayna böhranının nizama salınması və Kiyevin Rusiya qazından asılılığının aradan qaldırılması yolları müzakirə olunub. Ağ Ev rəhbəri B. Obamanın görüşdən razı qaldığı bildirilib.

Bu arada ABŞ dövlət rəhbəri jurnalistlərə açıqlamasında bildirib ki, Ukraynada P. Poroşenkonun prezident seçilməsi səmərəli addım oldu. Onun sözlərinə görə beynəlxalq cəmiyyət Ukraynanın dəstəkləməyə davam edəcəksə, o zaman bu dövlət demokratiya yolunda müsbətə doğru dəyişəcək.  

B. Obama 6 iyun tarixində Normandiyada ikinci dünya müharibəsində müttəfiq dövlətlərin alman qüvvələrinə qarşı ikinci cəbhə açmasının ildönümə həsr edilmiş tədbirdə Rusiya və Ukrayna prezidentlərinin görüşəcəyinə ümid etdiyini də ifadə edib.  

Aqşin Kərimov  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu