Azərbaycandan sonra Ermənistana səfər edən İsveçrə prezidenti, ATƏT-in hazırki prezidenti Didye Burkhalter Yerevanda mətbuat konfransı keçirib. Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Burkhalter konfransda Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünüün keçirilməsinə ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, regiona səfəri zamanı Fransa prezidenti Fransua Olland da hər iki dövlət başçısına görüş keçirməklə bağlı təklif verib.
Burkhalter ATƏT-in Minsk Qrupunun harıki fəaliyyətini də təqdirəlayiq hesab edib.
Didye Burkhalter ATƏT-ə sədrilik edən İsveçrə adından atəşkəs rejiminin möhkəmləndirilməsinə tam dəstək olmağa hazırlıqlarını bildiriblər:
“Bu çətin məsələnin həlli üçün çalışan Minsk Qrupu formatına tam etimadımı ifadə edirəm”. Sonda ATƏT sədri “Madrid prinsipləri” və beynəlxalq hüquq əsasında münaqişənin həll olunacağını ümidini ifadə edib.
Vüqar İsmayılov