Müsavat başqanı İsa Qəmbər partiyanın qurultayına yer ayrılması ilə bağlı yaranmış problemlə əlaqədar hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova müraciət edib.
Müsavat Partiyasının mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, qurultaya yer ayrılması ilə bağlı müraciətə cavab verilmədiyi üçün Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verdiklərini xatırladan İ. Qəmbər məhkəmənin gedişi ərəfəsində şəhərin mərkəzindən uzaqda yerləşən Mədəniyyət Evinin təklif olunduğunu xatırladıb.