Modern.az

7 saylı internatda döyülən uşaqla bağlı yeni AÇIQLAMA verildi

7 saylı internatda döyülən uşaqla bağlı yeni AÇIQLAMA verildi

4 İyun 2014, 18:26

“Sağlamlıq imkanı məhdud olan Nahid Cavadovun sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 saylı xüsusi internat məktəbində xəsarət alması ilə bağlı toplanmış materialda Cinayət Məcəlləsinin 296.1-ci (bilə-bilə yalan xəbərçilik etmə) və 314-cü (səhlənkarlıq) maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətləri mövcuddur”.
Bunu Təhsil Nazirliyindən Modern.az saytının sorğusuna cavab olaraq bildiriblər.

Qeyd edilib ki, fakta üzrə Cinayət Məcəlləsinin həmin maddələri ilə cinayət işi başlanıb və hazırda Bakı şəhər Prokurorluğunun istintaq idarəsi tərəfindən təhqiqat aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, mayın 21-də sosial şəbəkələrdə Suraxanı rayon 7 saylı xüsusi internat məktəbində müəllim tərəfindən döyüldüyü iddia olunan ikinci sinif şagirdi Nahid Cavadovun videosu yayılıb. Videogörüntülərdə gözlərinin altı qaralmış şagird məktəbin direktoru Afaqət Əsgərova tərəfindən dəyənəklə döyüldüyünü bildirir. O, müəllimin ondan başqa daha iki şagirdi də döydüyünü iddia edir. Bununla əlaqədar olaraq internat məktəbinin rəhbərliyi və hadisədə adı hallandırılan digər şəxslər tutduqları vəzifədən müvəqqəti kənarlaşdırılıb.

Gülşən RAUFQIZI
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu