Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko ölkəsində vəziyyətin nizama salınması üçün sülh plnalarından danışıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu haqda Polşa səfərinin nəticələrinə dair keçirdiyi mətbuat konfransında ümumi məlumat verib. P. Poroşenkonun təfərrüatları 7 iyunda keçiriləcək inaqurasiya mərasimində açıqlayacağı gözlənilir.
“Mən Avropa İttifaqı, Kanada və ABŞ rəhbərliyi ilə bu planın detallarını müzakirə etdik. Onlar, həmçinin Polşa da bizə yeni sistemin tətbiqinə kömək göstərməyə hazırdır”. P. Poroşenko Ukraynada genişmiqyaslı amnistiyanı həyata keçirmək üçün planlarının olduğunu da açıqlayıb. “Ukraynanın bu məsələləri sabah keçiriləcək G-7 iclasında qaldırılacaq”,-deyə P. Poroşenko bildirib.
Qeyd edək ki, P. Poroşenko Varşavada ABŞ prezidenti Barak Obama ilə görüşüb.
Modern.az