Modern.az

İlham Əliyevdən Nazarbayevə TƏŞƏKKÜR - FOTOLAR

İlham Əliyevdən  Nazarbayevə TƏŞƏKKÜR - FOTOLAR

5 İyun 2014, 00:30

İyunun 4-də Bodrumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə görüşü olub.

Modern.az Azərtac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Əlaqələrimizin daha da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu qeyd edilib. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb.


Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyinə görə öz adından və xalqımızın adından təşəkkürünü bildirib.

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu