Suriyada Bəşər Əsədin prezident seçkilərini qazanmasının şərəfinə silahlardan atəş açılıb. Modern.az xəbər verir ki, Frans-Press agentliyi açılan atəşnəticəsində üç nəfərin öldüyü barədə məlumat yayıb.
Məlumatda qeyd edilir ki, ən azı üç nəfər açılan atəşin qurbanı olub və bir neçə insan yaralanıb.Qeyd edək ki, B. Əsəd böyük səs çoxluğu ilə növbəti dəfə prezident olub.
Modern.az