“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, Milli Məclisin deputatı Fuad Muradov Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas ilə görüşüb. Bu barədə Modern.az-a təşkilatın mətbuat xidmətindən məlumat verilib. Görüş zamanı “Böyük İpək Yolu” BGT-nin Üzvlər Şurasının Yunanıstanda keçiriləcək növbəti iclası və ona hazırlıq müzakirə edilib. Səfir bildirib ki, təmsil etdiyi ölkə dünyanın 40-dan yuxarı dövlətini təmsil edən gəncləri qarşılamağa hazırdır. Söhbət zamanı tədbirin proqramı müzakirə olunub və müvafiq tövsiyyələr verilib. Görüş zamanı həmçinin Yunanıstanla təşkilat arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Üzvlər Şurasının üçüncü iclası 16-19 iyun 2014-cü il tarixində Yunanıstanın Salonik şəhərində keçirləcək. Üzvlər Şurasının iclasına Yunanıstan Təhsil Nazirliyi, Salonik şəhər meriyası, Azərbaycan Gənclər və İdman Nazirliyi, UNESKO-nun Yunanıstandakı Milli Komissiyası dəstək verib.
Modern.az