Modern.az

Azərbaycanda ər-arvad yol qəzasında öldü, 6 yaşlı nəvə yaralandı

Azərbaycanda ər-arvad yol qəzasında öldü, 6 yaşlı nəvə yaralandı

5 İyun 2014, 11:35


İmişli rayonunda baş verən avtomobil qəzasında ər və arvad ölüb, azyaşlı nəvə isə ağır yaralanıb.

İmişli rayon Polis Şöbəsində APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə,  hadisə ötən gecə saat 24.00 radələrində İmişli-Qaradonlu avtomobil yolunun Soltanmuradlı kəndindən keçən ərazidə baş verib. İmişli rayon Soltanmuradlı kənd sakini 60 yaşlı Fəxrəddin Əzizalıyevin idarə etdiyi “Mercedes” markalı  avtomobillə  hərəkətdə olarkən sərt döngədə idarəetməni itirib və avtomobil  aşaraq  yoldan  kənara yuvarlanıb. Hadisə nəticəsində sürücü və  həyat yoldaşı,  59 yaşlı Əzizalıyeva Gülnar  aldığı  xəsarətlərdən dünyasını dəyişib. Avtomobildə olan 6 yaşlı nəvə Əzizalıyev Ayxan isə  müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi  Xəstəxanasına  yerləşdirilib. Yaralının vəziyyəti ağır olduğundan Bakı xəstəxanalarından birinə göndərilib. 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu