AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib.
Modern.az xəbər verir ki, institutun direktoru, professor Nazim İmanovun sədrliyi ilə keçirilən tədbirdə Elmi Şuranın yeni tərkibinin müəyyənləşdirilməsi, AMEA-nın müxbir üzvü Əli Nuriyevin 75 illik yubileyinin qeyd edilməsi ilə bağlı müzakirələr aparılıb.
N.İmanov elmi müəssisənin fəaliyyət istiqamətləri, strukturunun təkmilləşdirilməsi istiqamətində görüləcək işlərdən danışıb, təklif və tövsiyələrini bildirib.
Elmin Nuri