Modern.az

Üç türk dövlət başçısı bir arada - FOTO

Üç türk dövlət başçısı bir arada - FOTO

5 İyun 2014, 16:58

İyunun 5-də Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun birgə görüşü olub.

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısının xalqlarımız və ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyi bildirildi. Azərbaycan, Türkiyə və Türkmənistan arasında müxtəlif səviyyəli görüşlərin əhəmiyyəti vurğulandı, ölkələrimiz arasında əlaqələrin regional əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu