Modern.az

Obama və Kemeron Putini HƏDƏLƏDİ: “Ukraynaya silah göndərməyi dayandır”

Obama və Kemeron Putini HƏDƏLƏDİ: “Ukraynaya silah göndərməyi dayandır”

5 İyun 2014, 20:44

Moskva Ukraynadakı seçkilərin nəticələrini tanımasa, yeni prezident Pyotr Poroşenko ilə danışıqlara getməsə və Ukraynanın şərq əyalətlərinə silah göndərməyi dayandırmasa, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq”. Modern.az musavat.com-a istinadən bildirir ki, bunu İngiltərənin baş naziri Devid Kemeron bu gün “Böyük yeddilər”in sammitindən sonra Brüsseldə keçirilən mətbuat konfransında deyib. Baş nazir xatırladıb ki, “Böyük yeddilər” Ukrayna böhranının lap əvvəlindən o qənaətdə olub ki, Kremlin ölkənin şərqində vəziyyəti qarışdırmağa yönəlik səyləri qəbuledilməzdir. Öz növbəsində ABŞ prezidenti Barak Obama əlavə edib ki, yeni sanksiyalar bir aydan sonra tətbiq edilə bilər.

 “Biz baxacağıq, görək prezident Putin qarşıdakı 3-4 həftə ərzində necə hərəkət edəcək. Əgər o, eyni kursu davam etdirsə, biz artıq haqqında danışdığımız ölçüləri götürəcəyik”, - deyə Ağ Ev başçısı qeyd edib. Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu