Modern.az

Elmin İnkişafı Fondu Facebook-da sualları onlayn cavablandıracaq

Elmin İnkişafı Fondu Facebook-da sualları onlayn cavablandıracaq

6 İyun 2014, 11:36

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu özünün facebook səhifəsində (//www.facebook.com/Elmfondu) sualları cavablandıracaq. Fondun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyunun 9-da vətəndaşlar Fondun fəaliyyət istiqamətləri, fundamental tədqiqat işlərinin maliyyələşdirilməsi məqsədilə həyata keçirilən qrant müsabiqələri, gənc alimlərə dəstək, xaricdə elmi təcrübə keçmələrin maliyyələşdirilməsi, Fondun gələcək planları və s. bağlı suallarını ünvanlaya bilərlər. Suallar operativ şəkildə, qısa və dolğun şərhlər vasitəsilə cavablandırılacaq.

Fond bu layihəni müntəzəm olaraq həyata keçirəcək və vaxtaşırı onlayn şəkildə vətəndaşların suallarını cavablandıracaq. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu