Modern.az

Mirmahmud Mirəlioğludan Rəsul Quliyevə İTTİHAM: “İyun qiyamında onun da payı var”

Mirmahmud Mirəlioğludan Rəsul Quliyevə İTTİHAM: “İyun qiyamında onun da payı var”

6 İyun 2014, 13:05

1993-cü il iyunun 4-də Gəncədə Əbülfəz Elçibəy hakimiyyətinə qarşı həyata keçirilən qiyamdan 21 il keçdi. Ötən illərdə həm o zaman hakimiyyətdə olanlar, həm də həmin hakimiyyətə qarşı müxalif mövqedən çıxış edənlər, hətta qiyamçıları dəstəkləməkdən belə çəkinməyənlər bir-birini ittiham etməkdə davam edirlər. İddialara görə, proseslərin başında duran və iyun qiyamının ssenari müəllifi hesab edilən polkovnik Surət Hüseynova hətta Xalq Cəbhəsindən də dəstək gəlirdi. Bu, hakimiyyət daxili intriqalarla əlaqələndirilir. Digər iddialara görə proseslərin xaotik duruma sürüklənməsində həmin zaman baş nazirin müavini işləyən Rəsul Quliyev də maraqlı olub.

Rəsul Quliyevin yaranmış situasiyadan öz xeyrinə yararlanması haqda deyilənləri Elçibəyin ən yaxın silahdaşlarından biri, hazırda KXCP sədri Mirmahmud Mirəlioğlu da dolayısı ilə təsdiq edib. KXCP sədri Modern.az-a açıqlamasında deyib: “O zamankı vəziyyətin yaranmasında, məsələnin bu yerə gəlib çıxmasında hər kəsin bu və ya digər dərəcədə payı var idi. Devrilən hakimiyyət komandasında Rəsul Quliyev də təmsil olunurdu. Lakin Rəsul Quliyev yeni gələn iqtidarda da təmsil olundu. Bu, bir tarixdir”.

Qeyd edək ki, iyun qiyamının təşkilində Rusiya, İran və Qərb kəşfiyyat orqanlarının toqquşan maraqları fonunda maraqlı olduqları barədə də mülahizələr yürüdülür. Üstündən 21 il keçməsinə baxmayaraq, o dövrdə cərəyan edən mürəkkəb proseslərin bir çox detalları müəamma olaraq qalır.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu