Modern.az

Nazir: “Zorlama doğru bir addımdır”

Nazir: “Zorlama doğru bir addımdır”

Təhsil

7 İyun 2014, 09:48


Zorlama  hallarının tüğyan etdiyi Hindistanda nazirlərdən biri bununla bağlı qalmaqallı açıqlama verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Madya Pradeş ştatının daxili işlər naziri Babubal Qaur zorlama hallarına haqq qazandıran açıqlama verib. “Bu qadın və kişiyə bağlı olan sosial bir günahdır. Bu, bəzən doğru, bəzən isə yanlış ola bilər. Zorlama ilə bağlı şikayət edilməsə, heç bir şey edilə bilməz”,-deyə nazir bildirib.

Qeyd edək ki, Hindistanda zorlama halları vüsət alıb. Bu yaxınlarda isə iki qız zorlandıqdan sonra ağacdan asılmışdı. Bu, ölkədə ciddi narazılıq yaradıb.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu