Modern.az

“Azərbaycan ilə Britaniya arasında əlaqələrin inkişafında maraqlıyıq” - Nazir

“Azərbaycan ilə Britaniya  arasında əlaqələrin inkişafında maraqlıyıq” - Nazir

Təhsil

7 İyun 2014, 11:59

Millət vəkili Qənirə Paşayeva Parisdə Ümumdünya Qadın Sammitində keçirilən konfrans çərçivəsində Böyük Britaniyanın Məşğulluq naziri  Ester Mcvey ilə görüşüb.  Modern.az xəbər verir ki, görüşdə əsasən Azərbaycan ilə  Böyük Britaniya arasında bütün istiqamətlərdə əlaqələrin  inkişafına  böyük önəm verildiyi vurğulanıb.

“Azərbaycan ilə Böyük Britaniya  arasında  həm  hökumətlərarası, həm də qanunvericilik orqanları arasında əməkdaşlıq var və bu əməkdaşlıq hər iki dövlətin təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində də getdikcə güclənir. Azərbaycanın Böyük Britaniya ilə bütün istiqamətlərdə münasibətlərin daha da genişləndirilməsində maraqlıdır, çünki iki dövlət arasında güclü siyasi, iqtisadi-ticarət əlaqələri mövcuddur”. 

Millət vəkili Dağlıq Qarabağ  münaqişəsi nəticəsində öz doğma evlərindən qovulan 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur olması barədə də məlumat verib:”Ermənilər dinc azərbaycanlılara  qarşı  20-ci əsrin əvvələrində və sonlarında soyqırımlar törədiblər. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm aktları törədilib və bu gün işğal edilmiş Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqlar da  amansızcasına məhv edilib”. 

Q.Paşayeva eyni zamanda bu həqiqətləri özündə əks etdriən  “Azərbaycan Həqiqətləri”  filmləri kataloqunu və materialları xanım nazirə təqdim edib.

Xanım nazir də öz növbəsində Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsini vurğulayıb.”Azərbaycan ilə  Böyük Britaniya  arasında əlaqələr inkişaf edir və biz bu əlaqələrin inkişafında maraqlıyıq”.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu