Braziliyada keçiriləcək dünya çempionatında qalib gələcəyi halda İspaniya yığmasının 23 futbolçusunun hər birinə 720 min avro mükafat veriləcək. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu mükafat komandanın məşqçi korpusuna da vəd edilib. Bu məbləğ isə 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatının mükafat məbləğindən 120 min çoxdur. Digər məlumata görə, İngiltərə yığması mundialın qalib olarsa, hər bir futbolçu 430,4 min, Braziliya qalib gələcəyi təqdirdə 330, Almaniya birinci olarsa 300 min avro mükafat ala biləcək.
Qeyd edək ki, FİFA çempiona bonus kimi 35 milyon dollar məbləğində mükafatlandıracaq. Dünya çempionatı iyunun 11-də başlayacaq.
Modern.az