Modern.az

“Avrasiya İttifaqı qorxulu deyil. Getmək olar” – ŞƏRH

“Avrasiya İttifaqı qorxulu deyil. Getmək olar” – ŞƏRH

Təhsil

7 İyun 2014, 12:13


“Rusiyanın xarici siyasətinin əsas məqsədlərindən biri Avrasiya İqtisadi İttifaqını gücləndirməkdir. Rusiya çalışır ki, Azərbaycanı da həmin birlikdə görsün. Prinsip etibarı ilə bu ittifaq Azərbaycana heç nə verə bilməz. Çünki Azərbaycanın sənayesi, çeşidli məhsulları, bazar iqtisadiyyatı yox səviyyəsindədir”.

Bunu Modern.az saytına politoloq Zərdüşt Əlizadə Rusiya-Azərbaycan münasibətlərinin perspektivini şərh edərkən deyib. Onun sözlərinə görə Rusiyanın xarici siyasətində qonşu dövlətləri öz təsiri altına almaq iddiaları var. Ekspert hesab edir ki, Rusiya buna görə həmin ölkələri rəsmi ittifaqda bir araya yığmaq niyyətindədir.  

Z. Əlizadə bildirib ki, Avrasiya İqtisadi İttifaqı kimi rəsmi birliklərin qorxusu yoxdur: “Bu ittifaqlar kağız üzərində imzalanan sənədlərlə yox, həyatdakı iqtisadi, bəşəri məfkurə ilə yaşayır. SSRİ çökəndən sonra onun yerinə MDB yarandı. Bu zaman Azərbaycanın “milli demokratik”, savadsız müxalifəti səs-küy saldı. Onlar bunu yeni imperiya kimi xarakterizə edirdilər. Mən isə qeyd etdim ki, bu təhlükəli deyil və hər hansı bir imperiya dağılandan sonra onun yerinə bu cür beynəlxalq təşkilatlar yarana bilər. Lakin zamanın hökmü ilə onlar hakimiyyətdən devrildikdən sonra hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı MDB-yə üzv etdi. Hazırda Azərbaycan bir neçə iqtisadi birliyin üzvüdür. Buna görə də biz həmin beynəlxalq təşkilata daxil ola bilərik”.  

Analitik Rusiya-Azərbaycan münasibətlərinin Avropa ilə əlaqələrə təsirindən də danışıb: “Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramına üzvdür, ancaq orda qarşıya qoyulan məqsədlər məhduddur. Əsas məsələ viza rejimin ləğv edilməsinə nail olmaqdır”,-deyə Z. Əlizadə bildirib.   Z. Əlizadə onu da qeyd edib ki, Azərbaycan hakimiyyəti Avropaya inteqrasiyanın tərəfdarı deyil. “Avropada insan haqları, müstəqil məhkəmə, demokratiya, şəffaf seçki var. Bu isə bizim iqtidara sərf etmir”.  

Aqşin Kərimov


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu